AZ

SOCAR İsrailə neft satmır, nefti treyder şirkətlər satır

Azərbaycan dünya ölkələrinə neft nəqlini Bakı-Tbilisi-Ceyhan icrac kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırır və neft buradan müxtəlif treyder şirkətlərt tərəfindən alınaraq Aralıq dənizi və digər istiqamətlərə çatdırılır. Orada isə tenker və gəmilərdə yüklənmiş neft ehtiyatları limanlardan neftin alıcılarına paylanılır. Yəni, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) birbaşa hansısa ölkəyə, o cümlədən İsrailə neft satmır. Bunu məqsədli şəkildə yayanlar guya SOCAR-ın İsrailin neft təchizatını üzərinə götürməsi bardə feyk xəbərlər yayır. Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarər edə bilmirlər. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov SOCAR-ın Türkiyədəki ofisi qarşsıında təşkil olunmuş aksiyaya münasivbət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, mayın 31-də bir qrup fələstinli tərəfdarının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstanbuldakı ofisinin binası qarşısında bu ölkənin İsrailə neft satmasına etiraz olaraq aksiya keçirməsi xüsusi olaraq pullla təçkil olunmuş təxribatdır. SOCAR-a qarşı aksiya Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar tərəfindən aparılır. Məqsəd Azərbaycan -Türkiyə qardaşlığının nümunəsi olan Socar -ı və büyövlükdə qardaş Azərbaycanı Türkiyə ictimai rəyində ləkələmək və nüfuzdan salmaqdır.

Seçilən
267
50
xalq.az

10Mənbələr