22 fevral 1985-ci ildə ABŞ-da 8 yaşlı qızcığaz avtobusdan düşərək, heç bir iz buraxmadan yoxa çıxıb. Bu zaman avtobus dayanacağının yanında xizəkçi cizgiləri ilə bəzədilmiş sirli mavi 1976-cı il “Dodge” furqonu olub.
Sfera.az bildirir ki, bir gənc qadın 39 il əvvəl yoxa çıxan eyni qız olduğunu iddia edib. Beləliklə, itkin düşmüş şəxsin istintaq işinə yeni intriqa əlavə edilib. Lakin qadının anası ona inanmır. Cherry Mahan sonuncu dəfə 1985-ci ilin fevralında məktəb avtobusundan düşürüldükdən sonra Pensilvaniya ştatının Winfield Township şəhərindəki evinin yaxınlığında görülüb.
Ötən ay əvvəlcə adı açıqlanmayan bir qadının Facebook qrupunda "Cherry Mahanın xatirələri" yazmasından sonra əyalət polisi onun iddialarını araşdırmağa başlayıb. Janice McKinney bu qadının onun artıq 46 yaşı olacaq Cherry adlı çoxdan itkin düşən qızı olduğuna dair iddiasını rədd edib.
"Həqiqətən inanıram ki, o, sadəcə Cherry olduğunu düşünür. Qızıma qətiyyən bənzəmirdi" - deyə ana bildirib.
KİV qeyd edir ki, kiminsə özünü itkin düşən Cherry kimi təqdim etməsi ilk belə hal deyil: əvvəllər daha üç qadın da Cherry olduqlarını iddia ediblər. Xanım McKinney qızın tapılmasına kömək üçün məlumat verən şəxsə 5000 dollar pul mükafat təklif edir. Onun sözlərinə görə, qızın itkin düşməsinin ildönümü günündə tez-tez çoxlu mesajlar gəlir, lakin heç biri qızının tapılmasına kömək etməyib.
"Fevral və avqust aylarında mən həmişə bu şeyləri gözləyirəm. Amma bu hadisə məni sadəcə məndən aldı. Heç vaxt, heç yerdə görmədiyim biri mənə zəng edib bu barədə danışır. Əgər 15 dəqiqəlik şöhrət istəyirdinizsə, artıq buna nail oldunuz. Əl çəkin. İnsanlar amansızdırlar. Əgər Cherry ölübsə, o, cənnətdədi".
Pensilvaniya polisi isə qadının şəxsiyyətini müəyyənləşdirməyə çalışır və ştatdan kənar bir agentliklə əlaqə saxlayır.
Aynil
Sfera.az