AZ

“Bilsəm ki, Oqtay rəhmətə gedib, dəli olaram, dünyamı uçurub getdi”-FOTOLAR+ÖZƏL

“Bu gün Oqtayın doğum günüdür. Səhər tezdən gedib məzarını ziyarət etmişəm. Doğum günlərini xüsusi qeyd edərdik. Özü də çox sevərdi. Sevinc içərisində olardı. Ailəmizlə yığışıb gözəl gün keçirirdik. O bizim gözümüzün işığı, başımızın tacı idi. Oqtayın ad günü də, özü də bizim üçün toy-bayram idi. Hamısını özü ilə yığıb apardı. O gedəndən sonra gülməyi belə unutmuşam”
Bunu Moderator.az -a açıqlamasında tanınmış prodüser Oqtay Əliyevin anası, xalq artisti Elmira İsmayılova deyib. O daha sonra əlavə edib.
 
“Oqtayın yoxluğu mənim üçün çətin deyil. Nə var çətin deməyə? Sabaha ümidsizlikdir, ölümdür (ağlayır). O mənim hər şeyim idi. Həm atam idi, həm qardaşım idi, həm oğlum idi, həm də dostum. İndi görün ki, mən nə itirmişəm?! Heç bir söz kifayət deyil bunu deməyə! O mənimlə, mən də onunla fəxr edirdim. Məni həmişə qoruyurdu. Amma Oqtay dünyamı uçurub getdi. Mənim üçün sabah yoxdur. Bir saat sonra da yoxdur. Mən inansam ki, həqiqətən də Oqtay rəhmətə gedib, dəli olaram. İnana bilmirəm, çünki o mənim ürəyimdə daima mənimlə gəzir. Elə bilirəm ki, evimdədir. Yoxsa mən o həqiqəti beynimə yerləşdirib özümü inandırsam dəli olaram. Bu acıya söz yetmir. İrəvanda yaşadığım illərdə o qədər çətinliklər çəkmişəm ki.. Kaş o günlərim olaydı.. Qoy ermənilər mənim başımı yarıb, qanımı tökəydilər amma Oqtay sağ olardı. Səhhətimdə də problem var. Gözümdə onsuz da problem var idi, ağlamaqdan sıradan çıxıb. Heç nədən, heç kimdən təsəlli ala bilmirəm. Dilarə mənə, mən ona dəstək oluram. Amma Oqtayı heç kim əvəz etmir” deyə sənətkar bildirib.
Seçilən
132
50
moderator.az

10Mənbələr