AZ

UEFA-nın "Boz qurd"la bağlı intizam işinə - Merih Demiraldan cavab

style='margin-bottom:10px;'>

Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral UEFA-nın onun barəsində intizam işi açmasından sonra paylaşım edib.

QOL.az xəbər verir ki, daha öncə yayılan məlumata görə, Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda (2:1) dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərəfindən cəzalandırıla bilər.

Buna səbəb müdafiəçinin qol sevincini türklüyün rəmzi hesab edilən  "boz qurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.

Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.

İntizam işinin Almaniya hökumətinin müraciəti ilə başladığını bildirilir.

Merih Demiral isə UEFA-nın araşdırma ilə bağlı açıqlamasından sonra sosial media hesabından qollarının şəklini paylaşıb və onun altına "Günaydın Türkiyəm. Nə mutlu türkəm deyənə" sözlərini yazıb.

Seçilən
135
50
teleqraf.com

10Mənbələr