AZ

Revanşist Abovyan: Sərhəddəki tikanlı məftillər delimitasiya deyilən ucuz söyüşlərin simvoludur

Bütün xəbər gündəmi Kirants kəndindən fotolarla doludur. Ermənistanın şimalındakı strateji ərazilərin könüllü olaraq Türkiyə-Azərbaycan tandeminə verilməsindən sonra məxməri hakimiyyət orada divar hörür, tikanlı məftillər çəkir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi şərhçi, revanşist görüləri ilə tanınan Arman Abovyan öz Telegram kanalında yazır.

“Bu divar təkcə “demarkasiya/delimitasiya” adlanan aldatma və ucuz təhqir rəmzi deyil, bu divar ilk növbədə erməni xalqının düşünən hissəsi üçün manipulyasiya, biabırçılıq və rüsvayçılıq simvoludur.

Kimsə ciddi şəkildə inanırmı ki, azərbaycanlılar divarın arxasından fiziki olaraq görünmürlərsə, deməli, orada yoxdurlar? Məgər kimsə başa düşmür ki, tikanlı məftillərlə divar və hasar çəkilməsi sadəcə olaraq Ermənistan hakimiyyətinin iyrənc və vulqar piar kampaniyasıdır.

Əgər kimsə ciddi şəkildə hesab edir ki, hasarın çəkilməsi Ermənistanın sərhədi məsələsini həll edəcəkonda mən hesab edirəm ki, bu insanlar təcili olaraq psixiatra müraciət etməlidirlər”, - deyə o, bildirib.

Musavat.com

Seçilən
137
50
musavat.com

10Mənbələr