AZ

Çin və Rusiya donanmaları birgə dəniz təlimlərinə başladı

Rusiya və Çinin təşəbbüsü ilə keçirilən birgə dəniz təlimi keçən həftə Çin və NATO üzvü ölkələr arasında yaşanan son gərginlikdən sonra keçirilib.

Turkustan.az xəbər verir ki, Çin və Rusiya donanmaları bazar günü Çinin cənub sahillərində birgə təlimlərə başlayıb. Çin Müdafiə Nazirliyindən verilən açıqlamada Çinin Quandun əyaləti sahillərində başlayan təlimə qatılan Rusiya və Çin gəmilərinin Sakit Okeanın qərb və şimal sahillərində patrul xidməti həyata keçirdiyi açıqlanıb. Açıqlamada təlimin beynəlxalq və regional vəziyyətlərlə heç bir əlaqəsinin olmadığı və üçüncü ölkəni hədəf almadığı vurğulanıb.

Bildirilib ki, təlim iki ölkənin hərbi dəniz qüvvələrinin təhlükəsizlik və raket təhdidlərinə qarşı dəniz hücumu və hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə həyata keçirilib.

Birgə təlim Çinin keçən həftə NATO üzv ölkələri ilə son gərginliyindən sonra keçirilib.

Vaşinqtonda keçirilən sammitdə 32 NATO üzvü tərəfindən bəyənilən sərt ifadəli yekun bəyannamədə Çinin NATO alyansının mərkəz nöqtəsinə çevrildiyi açıq şəkildə göstərildi.

Bəyannamədə Çin Rusiya-Ukrayna müharibəsinin “aydın vasitəçisi” kimi göstərilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien iyulun 11-də verdiyi açıqlamada Pekinin Ukraynadakı müharibə ilə bağlı ədalətli və obyektiv mövqe tutduğunu iddia edib.

Lin həmçinin bəyan edib ki, Pekin NATO-nu “daxili siyasətinə qarışmamağa, onun imicinə xələl gətirməməyə, Avropada qarışıqlıq yaratdıqdan sonra Asiya-Sakit Okean regionunda xaos yaratmamağa” çağırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
149
30
turkustan.az

10Mənbələr