AZ

İyulun 18-də gözlənilən hava PROQNOZU

İyulun 18-də gözlənilən hava şəraiti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilənməlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Seçilən
176
49
nocomment.az

10Mənbələr