"Bu gün Moskva ilə münasibətlərdə müəyyən problemlər var , lakin Ermənistan onları konstruktiv müzakirə etmək və dostluq şəraitində həll etmək niyyətindədir".
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“İndi bu münasibətlərdə təbii ki, müəyyən problemlər var. Bizi isə bu qane etmir, Rusiyanın da eyni münasibəti olması təəccüblüdür. Amma əminik ki, rusiyalı həmkarlarımızın təəccübünə səbəb müxtəlif media yayımlarında gördüyümüz siyasətin nəticəsidir”,-deyə erməni nazir qeyd edib.
Onun sözlərinə görə, iki ölkəni çoxsaylı və çoxsəviyyəli əlaqələr birləşdirir və İrəvanın “problemləri konstruktiv müzakirə etmək, həll etmək və dostluq şəraitində irəliləməkdən başqa mövqeyi yoxdur”. Mirzoyan Ermənistan və Rusiyanın fikir ayrılıqlarını həll edə biləcəklərinə ümid etdiyini bildirib, lakin bunun bir tərəfdən asılı olmadığını qeyd edib.