AZ

COVID-in yeni ştammı Niderlandı cənginə aldı

“FLIRT” kimi tanınan yeni koronavirus variantı isti havalara baxmayaraq, Niderlandda yoluxma dalğasına səbəb olub.

"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Erasmus Universitetinin Rotterdam Tibb Mərkəzinin virusologiya üzrə professoru Marion Kopmans məlumat verib.

Onun sözlərinə görə, virusun yayılma dərəcəsinin ən dəqiq göstəricisi onun çirkab sulardakı miqdarıdır. Belə ki, çirkab sulardakı virus hissəciklərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çoxdur.

Lakin ekspertin sözlərinə görə, xəstəliyin indiki dalğası əvvəlkilərlə müqayisə oluna bilməz.

"Koronavirus indi əvvəlkindən daha az ciddi nəticələrə səbəb olur. 

Məsələn, yoluxma hallarının artmasına baxmayaraq, hazırda xəstəxanaya yerləşdirilənlərin sayı demək olar ki, artmır", - Kopmans bildirib.

Seçilən
158
9
cebheinfo.az

10Mənbələr