Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Beynəlxalq Hava Limanı və Gəncə Beynəlxalq Avtovağzalında, Ağstafa və Göygöl Rayon Polis şöbələrində, Samux Dövlət Aqrar İnkişaf Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Goranboy Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Mədəniyyət Nazirliyinin Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsində, Qarabağ Regional Mərkəzi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Şimal-şərq regional filialının Siyəzən şöbəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.