AZ

Alman qoşunları Belarusla sərhəddə yerləşdiriləcək

Litva Belarusla sərhəddə yerləşən Şalçininki rayonunda alman əsgərlərindən ibarət briqada üçün hərbi düşərgə tikəcək.

"Unikal" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departament aydınlaşdırıb ki, şəhərcik Rudnikay poliqonunda yerləşəcək. O, “Litva tarixində ən böyük hərbi infrastruktura” çevriləcək. Hərbi şəhərciyin ərazisi 170 hektar olacaq.

Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, poliqon Bundesver briqadası üçün əsas təlim meydançasına çevriləcək. Planlara görə, onlar bir neçə il ərzində respublikaya 5 minə yaxın hərbi qulluqçu göndərməyi planlaşdırırlar. Briqadanın tam yerləşdirilməsinin 2027-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Gülayə Mecid 

Seçilən
120
50
unikal.az

10Mənbələr