AZ

Paşinyan Qərbin “kukla”sı olmağa israrlıdır

Ermənistan bu günlərdə Hindistanla da silahlarsövdələşməsi edib. Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir.Əslində müqavilənin Ermənistana qazandıracaqlarından çox itkiləri var. Fransa hələ də Ermənistan üzərindən oyunlar oynamağa davam edir. Bu addım İrəvanın Qərb gücləri ilə birlikdə Rusiyaya qarşı Cənubi Qafqazda arxa bağça açmaq planının tərkib hissəsidir. Məqsəd 1999-cu il memorandumunu və üçtərəfli bəyanatın şərtlərini qüvvədən salmağa və Qərbin hərbi kontingentinin bölgəyə yerləşdirilməsinə yönəlib. Həmin güclər Minsk formatının dirçəldilməsinə, Cənubi Qafqazın barıt çəlləyinə çevrilməsinə və bu fonda bölgədə qalmağa köklənən siyasət yürüdür. Paris isə Moskvanın silah monopoliyasını aradan qaldırmaq, birləşmək yolunda uğurlu addımlar atan Türk dünyasını parçalamaq və növbəti Gürcüstan nümunəsi yaratmaq missiyasını gerçəkləşdirməyə çalışır. Hazırda Gürcüstanın özündən də istifadə edilməsi Tiflisin önündə Aİ ilə bağlı təhdidlərin olduğunu göstərir. Rusiya isə hələ ki susqundu. Çünki, hazırki vəziyyət Moskvanın maraqlarına xidmət edir. Ukrayna cəbhəsində məğlub olan Putin Cənubi Qafqazdakı faktiki məğlubiyyətinə Paşinyanın Qərb yönümlü siyasəti sayəsində don geyindirməyə çalışır. Azərbaycanın haqqlı şərtlərini qəbul etmək məcburiyyətində olan Kreml guya Paşinyanın yarıtmaz siyasəti nəticəsində belə bir durumun yaşandığı görüntüsünü yaradır. Onsuzda siyasi, iqtisadi, hərbi durumu bərbad vəziyyətdə olan Ermənistanın yürütdüyü bu siyasət Rusiyanın müdaxiləsi olmasa belə ölkəni uçuruma apardığı üçün Moskva bundan sonra da yaşanacaq nəticələri Paşinyana bağlamaq məqsədi güdür. Halbuki Bakı irəli sürdüyü sülh şərtləri ilə Ermənistanı bataqlıqdan çıxara və oyuncağa çevrildiyi güclərin əlindən ala bilərdi. Paşinyan isə siyasi kukla rolunu ölkəsinin rifahından daha üstün tutur. Məğlub ölkənin sülhdən yayınmasının o ölkəyə müharibədəki itkilərdən daha böyüyünü yaşadacağı tarixdən Paşinyana məlum olmalıydı.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

Seçilən
1011
50
aznews.az

10Mənbələr