Rusiyada noyabrın 27-dən dekabrın 3-dək olan həftə ərzində koronavirusa yoluxma halları əvvəlki həftə ilə müqayisədə 22,8% artıb.
“Cebhe.info” xəbər verir ki, bu barədə məlumatı koronavirus infeksiyası ilə mübarizə üzrə Operativ Qərargah verib. Əlavə edilib ki, xəstəxanaya yerləşdirilənlərin sayı 12% artıb.
Qərargahın məlumatında qeyd edilib ki, son bir həftə ərzində Rusiya Federasiyasının 73 subyektində koronavirusa yoluxma hallarının sayı qeydə alınıb, 52 regionda xəstəxanaya yerləşdirilənlərin sayında artım qeydə alınıb.
Rusiyada son bir həftə ərzində daha 138 nəfər koronavirusdan ölüb. Bundan başqa, 69 min 636 nəfər xəstəlikdən sağalıb ki, bu da ötən həftə ilə müqayisədə 27,1% çoxdur.