"Azərbaycanla Türkiyənin müttəfiqliyi bölgədə sabitliyin əsas faktorudur”.
News24.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Türkiyənin xarici işlər naziriHakan Fidanla birgə mətbuat konfransında bildirib.
O deyib ki, münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var: “Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ümid edirik ki, Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür”.
Fərid Azəri