“Azəronline” internet provayderinin simsiz şəbəkəsinə qoşulmaq istəyən varsa, puluna heyifi gəlsin.
Tribunainfo.az yazır ki, bu barədə vətəndaş Elvin Əliyev sosial şəbəkədə yazıb. O bildirib ki, “Azəronline istifadəçisi olduğu üçün peşman olub:
“Şikayətim “Azeronline” BM internet provayderindəndir. Mən əvvəllər ADSL internet işlədirdim, 2-3 mbit sürət alırdım, yetərli olmadığına görə “Azeronline” simsiz internetə qoşuldum. Qoşulma haqqı 225 manat, aylıq isə 25 manat (15 mbit) ödəyirəm. Amma avqust ayından bu yana bu vəziyətdədir, neçə dəfə şikayət eləmişəm, 4 aydı eyni cavabı verirlər ki, texniki çalışmalar gedir. Əvvəllər heç olmasa 1-2 mbit olurdu, texniki çalışmalardan sonra artıq heç 1 də olmur. Yaşadığm ərazidə başqa provayder olmadığına görə dəyişədə bilmirəm. “Azəronline”simsiz şəbəkəsinə qoşulmaq istəyən varsa, puluna heyifi gəlsin”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta