Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yanvarın 10-da İrəvana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Gerapetritis səfər zamanı erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az