Gürcüstan və Azərbaycan arasındakı səmimi əlaqələrin önəmi indi daha vacib əhəmiyyət daşıyır.
Bunu APA-nın Tbilisi müxbirinə açıqlamasında Gürcüstan parlamentinin İnsan haqları və Mülki inteqrasiya komitəsinin sədri Mixeil Sarjveladze deyib. O, Gürcüstanın regiondakı sülh prosesinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
“Gürcüstan və Azərbaycan arasındakı səmimi əlaqələrin önəmi indi daha vacib əhəmiyyət daşıyır. Biz bütün regionda sülh və sabitlik istəyirik. Ölkələrimiz arasında əməkdaşlıq səmərəli kordinasiya və kommunikasiya böyük önəm daşıyır. Biz bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərini yüksək qiymətləndiririk. Əlbəttə, biz ölkərimiz arasında ən yaxşı əməkdaşlığı görmək istəyirik. Sülh hazırki dövrdə vacib əhəmiyyət daşıyır. Dünyadakı vəziyyəti bilirik. Ona görə də regiondakı sülh prosesini dəstəkləmək bizim borcumuzdur”, - deyə komitə sədri bildirib.