Türkiyenin 2023-ci ildə kilkə ixracından əldə etdiyi gəliri 23 faiz artaraq 13 milyon 745 min 45 dollar oldu.
Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatına görə, su məhsullarında adından söz etdirən Türkiyedən keçən il 26 ölkəyə kilkə balığı ixrac edilib.
2022-ci ilin yanvar-dekabr dövründə 11 milyon 137 min 463 dollar olaraq qeyd edilən kilkə ixracat gəliri keçən il 23 faiz artaraq 13 milyon 745 min 45 dollara çatdı.
Kəmiyyət baxımından da 2022-ci ildə 2 min 102 ton olan ixracat, 2023-cü ildə bir əvvəlki ilə müqayisədə 45 faiz artaraq 3 min 54 tona çatdı.
Kilkə balığına ən çox tələbat Fransa, Belçika və Almaniyadan olub.
Bu il Türkiyedən Fransaya 4 milyon 831 min 138 dollar, Belçikaya 4 milyon 86 min 121 dollar, Almaniyaya 1 milyon 349 min 308 dollar dəyərində kilkə ixrac edilib.
Ötən il, 2022-ci ilin eyni dövründən fərqli olaraq, İsveç, Özbəkistan, İraq, Moldova, Malayziya və Somaliyə də kilkə satılıb.