Yeni bir araşdırma, insultdan xilas olanlara fizioterapiya ilə yanaşı elektrik şokunun verilməsinin zəifləmiş qol və əllərdə hərəkətliliyi bərpa etməyə kömək edə biləcəyini müəyyən etdi.
İnsult - qan laxtalanması və ya damarın partlaması səbəbindən beyinə qan axınının kəsildiyi və hərəkət qabiliyyətinə təsir edən bir xəstəlikdir.
Bu vəziyyət xəstənin həyati fəaliyyətlərinə, məsələn, yemək, içmək və hətta özünü geyinmək qabiliyyətinə böyük təsir göstərə bilər.
Fizioterapiya əzələ gücünü artırmaq və insult keçirən insanların daha asan yeriməyə kömək etmək üçün tez-tez seçilən müalicə üsuludur. Ancaq fizioterapiya alan xəstələrin sağalması illər çəkə bilər.
Tədqiqatçıları fizioterapiya alan xəstələrə bu müalicədən əlavə elektrik cərəyanı, yəni elektrik şokunu isifadə etməyi təklif ediblər.
Şok müalicəsi 3 qat yaxşılaşmanı təmin edir
Alimlər müəyyən ediblər ki, bədəndəki əsas sinirə elektrik cərəyanı vurmaq zəifləmiş qol və əl əzələlərini üç dəfəyə qədər yaxşılaşdıra bilər.
Sınaqlar göstərir ki, xəstələr "vagus sinirinin stimullaşdırılması" kimi tanınan müalicədən bir il sonra da irəliləməyə davam edirlər.
Bədənin sinir sisteminin mühüm hissəsi olan bu sinirin stimullaşdırılması beynin insult nəticəsində zədələnmiş sahələrinin yenidən qurulmasına və beləliklə də əzaların hərəkətinin yaxşılaşmasına kömək edir.
©BAKU.WS