AZ

Azərbaycanda tikinti kərpici istehsalı 4%-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 432,2 min kub metr tikinti kərpici istehsal olunub.

Bu barədə FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə  19,5  min m3 və ya 4,3%  azdır. 

Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 451,7 min kub metr tikinti kərpici istehsal edilib.

2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,1 min m3  təşkil edib.

Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 min m3 yaxud 7 dəfə azdır. 

2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 7,8 min m3 olub.

Seçilən
268
fed.az

1Mənbələr