AZ

Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) ortatəhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan 30 şəhər və rayonda təşkil olunub.İmtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahanbinası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676buraxılış rejimi əməkdaşı (mühafizə) və 222 bina nümayəndəsiayrılıb.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materiallarındaşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsiləhəyata keçirilib.

Bu gün Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılışimtahanı keçirilib. Bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azadolunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi.

İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdənəlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent dəiştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsiüçün imtahan binalarında xüsusi zallar ayrılıb.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdənəlilliyi müəyyən olunmuş şəxslərə fərdi nəzarətçilər təyinedilib.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon, 1 nəfərdə isəağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunanhallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasındaolmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddətibaşa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahanagələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilənşəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir dahaxatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkənburaxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini(şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərləyanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləriyapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavabvərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tiplitapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahanbaşa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri iləaparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı vəkodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonraMərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonlarıilə buradan tanış ola bilərlər.

phrase_var_article.chosen
147
16
az.trend.az

10phrase_var_article.sources