AZ

Nazir Almaniyanın silahlanmasını müdafiə etdi

Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek Almaniyada hərbi tədqiqatların təşviq edilməsinin, təhlükəsizlik və müdafiə sahələrində innovasiyaların gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, o bu sözləri "Handelsblatt" qəzetinə müsahibəsində deyib.

"Uzun müddətdir ki, biz Almaniyada, təəssüf ki, qitədə əbədi sülhün hökm sürəcəyinə dair səhv bir ümidlə, təhlükəsizlik sahəsində çox az iş gördük. Əslində, biz də innovasiyaların və tədqiqatların həcmini azaltdıq. Təhlükəsizlik və müdafiə imkanları baxımından daha çox nailiyyətlər əldə etməliyik", - nazir bildirib.

Humay İSGƏNDƏRLİ

 

 

Seçilən
100
redaktor.az

1Mənbələr