Avropa Komissiyasının (AK) rəhbəri, 65 yaşlı Ursula fon der Leyen iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə Avropa Xalq Partiyasının (EPP) partiya siyahısına rəhbərlik edəcək və müvafiq olaraq, yeni AK-nin rəhbəri vəzifəsinə (2024-2029) namizəd olacaq.
Redaktor.az xəbər verir ki, bu qərarı Rumıniyanın paytaxtında başa çatan EPP qurultayının nümayəndələri qəbul ediblər, onun işi partiyanın "YouTube" kanalında yayımlanıb.
400 nümayəndə fon der Leyenin namizədliyinin lehinə, 89-u əleyhinə səs verib.
T.İSMAYIL