AZ

"Biz milli təhlükəsizlik sahəsində tələbatlarımızı təmin etmək üçün cəld hərəkət etməliyik" - Bayden

 
"ABŞ Nümayəndələr Palatasının yeni spikeri kimdir?.."
 
Bayden Nümayəndələr Palatasının yeni spikerini təbrik edib və Ukraynaya yardımı dəstəkləməyə çağırış edib
 
ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasının nümayəndəsi Mayk Consonu Nümayəndələr Palatasının spikeri seçilməsi münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin saytında məlumat verilib. Məlumatı "unian.net" nəşri yayıb.
 
Amerika lideri ona o cümlədən Ukrayna üçün əlavə maliyyələşmənin təsdiq edilməsinə dəstək verməyə çağırış edib.
 
O, xatırladıb ki, bundan öncə Nümayəndələr Palatasının, hansı partiyanı təmsil etməyindən asılı olmayaraq, istənilən spikeri ilə işləməyə hazır olduğunu ifadə edib.
 
Bayden əlavə edib ki, ABŞ Konqresunin aşağı Palatasına spiker seçilənədək o, "bizim İsraildə və Ukraynada milli təhlükəsizliyimizin ikipartiyalı maraqlarını möhkəmləndirən, sərhədlərimizi müdafiə edən və Amerika xalqını investisiyalaşdıran tarixi əlavə maliyyələşmə paketini" hazırlayıb.
 
"Bu prioritetlər hər iki partiya lideri tərəfindən təcdiq edilib. Biz milli təhlükəsizlik sahəsində tələbatlarımızı təmin etmək və 22 gündən sonra hökumət şatdaunundan yan keçmək üçün cəld hərəkət etməliyik", - o, bəyan edib və bu maliyyələşməni təsdiq etməyə çağırış edib.
 
Eyni zamanda, yeni seçilmiş spiker Mayk Conson bəyan edib ki, Ukraynaya yardım üzrə dialoqa açıqdır.
 
"Conson əvvəllər Ukraynaya yardım məsələsinə skeptik yanaşmasına rəğmən, deyib ki, o, Baydenin ölkəyə Rusiyaya qarşı əkshücumda yardım üçün əlavə maliyyələşdirmə barədə sorğusu ilə bağlı dialoqa açıqdır", - "Bloomberg" yazıb.
 
Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson kimdir?
 
Майк Джонсон стал спикером Палаты представителей США / скриншот
 
Oktyabrın əvvəlində ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti istefaya göndərilib. Bir neçə namizəd nəzərdən keçirildikdən sonra oktyabrın 25-də ABŞ Nümayəndələr Palatası yeni spikerinə səs verib.
 
Bu vəzifəyə Respublikaçılar Partiyasının Luiziana ştatından olan nümayəndəsi Mayk Conson seçilib. Onun namizədliyinin lehinə 220, əleyhinə 209 nəfər səs verib.
 
Maraqlıdır ki, əvvəllər o, Ukraynaya yardımın əleyhinə çıxış edib. KİV-lər yazır ki, o, yalnız lend-lizə səs verib, sonra isə tədricən yardımın azaldılmasına tərəfdar olub. O, həmçinin Kiyevə 40 milyard dollar yardım göstərilməsinin əleyhinə səs verib.
 
Mayk Consonun 51 yaşı var. İxtisasca hüquqşünasdır. O, seçicilər arasında böyük populyarlığa malikdir. Luiziana ştatının dördüncü dairəsinin sakinləri ötən seçkilərdə ona rekord sayda səs verib.
 
Bundan başqa, Consonun ABŞ eks-prezidenti Donald Trampla sıx əlaqələri var. O, onun hüquqşünaslar komandasının tərkibində olub və Trampı impiçmentlər zamanı müdafiə edib.
 
Mayk Conson həmçinin abortlara qarşı çıxır və LGBT-yə qarşı məhdudiyyətlərə dəstək verir. O, büdcə müəssisələrində oriyentasiya və gender bərabərliyi məsələlərinin müzakirəsinin məhdudlaşdırılmasına dəstək verib.
Seçilən
81
moderator.az

1Mənbələr