AZ

Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək — Qurban Qurbanov

Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.

Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis sabah çox ciddi rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:

"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".

Q.Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) komandası ilə "Dinamo" kollektivlərinin fərqli rəqiblər olduğunu söyləyib:

"Xorvatlar daha təcrübəlidirlər. Nəticə qazanmaq üçün maksimum əllərindən gələni edirlər. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Biz hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur".

Seçilən
21
17
demokrat.az

10Mənbələr