AZ

Kevin De Bröyne Premyer Liqa tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib

"Mançester Siti" klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi qismində fərqləndirilib.

"FourFourTwo" portalının həyata keçirdiyi səsvermənin nəticələrinə görə, ikinci pillədə "Liverpul"un keçmiş yarımmüdafiəçisi Stiven Cerrard qərarlaşıb. İngiltərə futbolunun digər məşhur siması, "Çelsi", "Vest Hem" və "Mançester Siti" kimi klubların formasını geyinmiş Frenk Lempard ilk "3-lüy"ü qapayıb.

Siyahıda həmçinin Pol Skoulz ("Mançester Yunayted"), Patrik Vieyra ("Arsenal", "Mançester Siti"), Roy Kin ("Mançester Yunayted", "Nottinqem Forest"), Rodri ("Mançester Siti"), Sesk Fabreqas ("Arsenal", "Çelsi"), Yaya Ture ("Mançester Siti") və David Silva ("Mançester Siti") yer alıb.

Seçilən
17
2
cbcsport.az

4Mənbələr