AZ

"Putin ürəkdir",- Bakı sakinləri Rusiya Prezidentinin səfərini qiymətləndirirlər

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkəsində müharibə getdiyi bir vaxta təsadüf edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu səfərin "xüsusi xarakter daşıdığını" vurğulayıb.

“Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, - o deyib.

Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədinin "demarkasiyasına kömək təklif edib".

İki ölkə lideri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb, Rusiyanın TASS xəbər agentliyi yazıb.

Putin bildirib ki, əgər onlar Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə nail olsalar, "buna çox şad" olarlar, Rusiya mediası bildirib.

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərinə Bakı sakinləri də münasibət bildiriblər.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bbc.com

1Mənbələr