AZ

"Azərbaycan Rusiya tərəfindən indi heç bir təhlükə və təhdid görmür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri çox mürəkkəb və münaqişəli bir şəraitdə keçir. Çünki dünyada vəziyyət gərgindir və belə olduğu halda sualların sayı cavabları üstələyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Tofiq Abbasov sözlərinə belə davam edib: " Ancaq dövlət rəhbərlərinin görüşləri, onların təmasları həmişə ürəkaçan bir fon formalaşdırır. Çünki danışıqlar, məsləhətləşmələr əsnasında onlar ilk növbədə məhz dolaşıq məsələlərlə bağlı cavablar axtarırlar və onları cəmiyyətlərə, dünya birliyinə təqdim edirlər.Azərbaycan-Rusiya münasibətləri artıq demək olar ki, oturuşmuş bir beynəlxalq aləmdəki işlək amildir və bu amilin özünün xüsusi yeri var. Çünki biz bilirik Qafqaz bölgəsinə nə dərəcədə böyük diqqət var. Qərb tərəfdən, müxtəlif ölkələr tərəfindən və güc mərkəzləri çalışırlar qərbdə sabitliyin formalaşmasında maneəçiliklər törətsinlər. O baxımdan nə Azərbaycanın, nə də Rusiyanın marağında deyil ki burada vəziyyət gərgin olsun. Bizə lazım olan odur ki, sabitlik, təhlükəsizlik etibarlı şəkildə qorunsun və belə olduğu halda da bizim işgüzar və nəcib planlarımız hamısı yerinə yetsin. Söhbət tək Azərbaycanın planlarından getmir, ortaq planlarımız var, ortaq proqramlar var.Hər iki dövlət həm mal dövriyyəsinin artmasını vacib sayır, digər tərəfdən də elə bir imkanlara üstünlük verir ki, onlar reallaşaraq insanların rifahında öz əksini tapsın. Bu baxımdan əlbəttə ki Putin Bakıda artıq söyləyir ki, Rusiyanın Azərbaycanda 1200-dən artıq şirkəti həm investisiya, həm də istehsalat kooperasiya sahəsində fəaliyyət göstərir. O cümlədən, Azərbaycanın da xeyli sayda şirkətləri var ki, onlar Rusiyada işgüzar dairələrlə artıq təmaslar qurublar və birgə layihələri uğurla yerinə yetirirlər. Bu göstərici özü-özlüyündə etibarın, etimadın yüksək səviyyədə olmasına işarədir və göstərir ki, iki xalq arasında ilk növbədə nifrət yoxdur, onlar bir-birlərinə inanırlar və bir-birlərinə əl uzadırlar ki ortaq şəkildə fəaliyyət göstərsinlər, insanlara yüngüllük, rahatlıq və əmin-amanlıq gətirsinlər.Düşünürəm ki, bu məsələlərlə bağlı elə dövlət başçılarının da Bakıda verdikləri ilkin açıqlamalar son dərəcə aktual və ürəkaçan görünür. Çünki Azərbaycan Rusiya tərəfindən indi heç bir təhlükə və təhdid görmür. O cümlədən, də Rusiya çox əmindir ki, Azərbaycan Ermənistandan fərqli olaraq onlar üçün problem yaradan məmləkət deyil. Amma Ermənistanın bölgədəki mövcudluğu bizim hamımız üçün problem yaradır və təsadüfi deyil ki Prezident İlham Əliyev 3+3 formatına üstünlük verməklə dünya birliyinə də biz pozitiv mesajlar verdik. Düzdür, qərb onu bəyənmədi və biz burada Ermənistanın soyuq münasibətlərini gördük. Odur ki, o format ilk növbədə özgə dövlətlərin, yəni özgə qüvvələrin bölgəmizə gəlişinin qarşısını almaq üçün son dərəcə aktual bir yanaşmadır və burada aparıcı dövlətlər Rusiya, İran, Türkiyə və təbii ki Azərbaycandır. Gürcüstan da faktiki olaraq demək olar ki bu məsələyə "hə" verib. Amma indi Rusiya ilə onların münasibətlərində artıq dönüş tərpəniş yaranır. Onlar da yaxın zamanlarda buna qatılacaqlar. Ancaq Ermənistanı bu proseslərdəiştirakdan yayındıran qərbdir. Qərbə lazım olan odur ki, Qafqazda onun nizamı formalaşsın. Ancaq bu nizam təhlükəli görünür. Çünki hələ o bura gəlmədən bizim hamımız üçün problem yaradır.Dünən də Putin burada Bakıda olan zaman Ermənistanın silahlı qüvvələri bir neçə yerdə atəşkəsi pozublar. Bu ondan xəbər verir ki, Qərbdən alınan təlimatlar Ermənistan tərəfindən böyük bir həvəslə həyata keçirilir. Bu da onu göstərir ki, bəli, bizim onlarla yolumuz deyəsən ayrılır. Rusiya da bunu gözəl başa düşür.Ona görə də hesab edirəm ki, ən yaxın zamanda Azərbaycan-Rusiya, eləcə də bizim digər sağlam ruhda olan qonşularımız da çalışacağıq ki, bütün təhdidlərin qarşısını alaq, əmin-amanlığı etibarlı şəkildə təmin edək və bu minvalla da öz qurucu planlarımızı həyata keçirək".

Ayşən Vəli

Seçilən
185
50
sesqazeti.az

10Mənbələr