AZ

Fil Cons 32 yaşında futbolçu karyerasını sonlandırdı

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.

“Təəssüf ki, bu, istədiyimdən daha tez başa çatdı”, - deyə Cons bildirib.

Fil A lisenziyası aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib. Fil “Mançester Yunayted”in U18 gənclər komandası ilə işləmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə forma geyindiyi “Mançester Yunayted” olub. Fill ötən yay klubla müqaviləsi başa çatdıqdan sonra azad agent statusu alıb. “Qırmızı şeytanlar”da forma geyindiyi müddət ərzində o, bütün turnirlərdə 229 matçda iştirak edib, altı qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 27 oyuna çıxıb.

Seçilən
26
22
cbcsport.az

10Mənbələr