AZ

“Qəbələ” konqolu futbolçu heyətinə qatıb

“Qəbələ” klubu heyətini konqolu futbolçu ilə gücləndirib.

Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Seçilən
25
27
cbcsport.az

10Mənbələr