AZ

Təbrizdə iki məhbus edam edildi: Beynəlxalq təşkilat bəyanat yaydı

Təbrizin mərkəzi həbsxanasında Əli Ağbulaq və Əli Azmun adlı iki azərbaycanlı məhkumun edam cəzası həyata keçirilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhbusların narkotik maddələrin alverində günahlandırıldığı bildirilib.

Bununla eyni vaxtda "Human Rights Watch" İranda edamların artmasına görə bəyanat yayıb.

Təşkilat İranda edam hökmlərinin icrasının artması ilə bağlı yaydığı bəyanatda bunu pisləyib və Tehran hökumətindən edam cəzasınının tətbiqini dayandırmağı tələb edib.

Beynəlxalq təşkilat Məsud Pezeşkianın Prezident seçilməsindən keçən 1 ay ərzində 87 məhkumun edam edilməsinə diqqət çəkib, bunun qorxunc olduğunu bildirib.

Qeyd edək ki, cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 400-ə yaxınlaşıb.

visiontv.az



Seçilən
132
26
visiontv.az

10Mənbələr