AZ

Misli Premyer Liqası: IV turun daha iki oyunu keçiriləcək

Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu təşkil ediləcək.

İlk öncə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq. "Azersun Arena"da reallaşacaq matçın start fiti saat 18:15-də səslənəcək.

Ardınca Roman "Neftçi" "Araz Naxçıvan"ın qonağı olacaq. "Live Bona Dea Arena"da keçiriləcək matç saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ilk matçda "Səbail" "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Hər iki oyun "CBC Sport"la canlı təqdim ediləcək.

Seçilən
16
1
cbcsport.az

1Mənbələr