AZ

Premyer Liqa: "Qarabağ" məğlub oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib
"Report" xəbər verir ki, ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb.
"Azersun Arena"da keçirilən matçda qonaqlar qələbə qazanıblar - 0:1.
Matçda yeganə qolu 18-ci dəqiqədə Otto Con Ağdam təmsilçisinin qapısından keçirib.
Penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.
11:54
Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
"Report" xəbər verir ki, əvvəlcə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq.
"Azersun Arena"da reallaşacaq matçın start fiti saat 18:15-də səslənəcək.
Ardınca Roman Qriqorçukun çalışdırdığı "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq.
"Live Bona Dea Arena"da baş tutacaq matç saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turun ilk matçında "Səbail" "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Seçilən
41
1
oxu.az

10Mənbələr