AZ

"Roman Qriqorçuka güvənirəm, ona və yeni futbolçulara vaxt lazımdır"

"Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç Sportal.az saytına açıqlama verib.

Son mövsümü Serbiyada "Jelezniçar Pançevo" klubunda oynamış təcrübəli müdafiəçi Bakı klubunun bu mövsümkü nəticələrini dəyərləndirib.

"Qəbələ"də Roman Qriqorçukun rəhbərliyi altında oynamış Stankoviç ukraynalının "Neftçi"də uğurlu olacağına inandığını bildirib:

"Neftçi"nin nəticələri haqda danışmaq tezdir. Baş məşqçi və futbolçular yenidir. Onlara vaxt lazımdır. Ümidvaram ki, gələcəkdə hər şey dəyişəcək və nəticələr daha da yaxşı olacaq. Həm də, yaxşı oynayacaq ki, qələbələr qazanaraq turnir cədvəlinin üst pillələrində olsunlar. Məncə, komandaya yaxşı futbolçular gəlib. Roman Qriqorçuka inanıram və güvənirəm. O, təcrübəli məşqçidir. Onun ustalığı var, özü də ağıllı insandır. Hər şeyi analiz edəcək. "Neftçi"ni yaxşılaşdıracaq ki, komanda yaxşı olsun və qələbələr qazansın. Zaman hər şeyi göstərəcək. Hər bir yaxşı nəticə üçün zaman və səbir lazımdır".

Serbiyalı "Neftçi"nin çempionluq mübarizəsində olub-olmayacağının isə zamanla bəlli olacağını deyib: "Bu məsələ haqda şərh verməyəcəm. Çünki mövsüm yeni başlayıb. Komandaların yaxşı duruma gəlməsi üçün zamana ehtiyac var. Hansı komandanın çempion olacağı isə bir neçə sonra bəlli olacaq. Hansı komandanın favorit olacağını görəcəyik. Ümidvaram ki, çempionluq uğrunda maraqlı mübarizə gedəcək".

saytlarin hazirlanmasi

Seçilən
168
50
sportal.az

10Mənbələr