AZ

Millimiz iki yoxlama oyunu keçirəcək

Avro-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək. 

Qeyd edək ki, millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

Seçilən
19
24
idmanxeber.az

10Mənbələr