Azərbaycan 2024-cü ilin ilk yarısından Yaponiya avtomobillərinə marağı kəskin azaldığı məlum olub.
Azərbaycanda avtomobil idxalçıları Yaponiyadan 2024-cü ilin ilk 6 ayında cəmi 5 358 ədəd minik avtomobili idxal edib. Bu da illik müqayisədə 32 faiz azalmadır. Məsələn, keçən ilin eyni dövründə idxalın həcmi 7 916 minik avtomobil olmuşdu.
İdxal edilmiş avtomobillərə görə bu ölkəyə cəmi 88.93 mln. dollarlıq ödəniş edilib. Bu, 2023-cü ilin eyni dövründə139.38 mln. dollar idi.
İdxalın düşməsi bütün növ xarici avtomobillər üzrə müşahidə edilib. (Banker.az)