İfaları ilə hər zaman gündəm olan müğənni Hiss türkiyəli müğənni-bəstəkar Ersay Üner ilə bir araya gəlib.
Dərgi.az xəbər verir ki, istirahət üçün İstanbulda olan Hiss orada həmçinin yeni mahnıları üçün görüşlər keçirib. Müğənninin payız aylarında təqdim edəcəyi layihələr arasında Türkiyə sənətçiləri ilə görəcəyi birgə işlər də yer alacaq.
Ersay Üner müğənninin mahnılarını dinlədiyini deyərək təkliflərini bildirib.
Qeyd edək ki, Ersay Üner Ebru Gündeşin “Söyleyin”, “Kızıl mavi”, Demet Akalının “Afedersin”, “Bebek” və sair hitlərin müəllifidir.
https://www.instagram.com/p/C_KvW4ZoaT0/