AZ

"Qalatasaray" qruplara vəsiqə qazana biləcəkmi? - Çempionlar Liqasında bu gün

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrənin "Yanq Boyz" kollektivini qəbul edəcək.

İstanbul klubu səfərdəki ilk görüşdə rəqibinə məğlub olub - 2:3. "Sarı-qırmızılar" turnirin əsas raunduna yüksəlmək üçün mütləq iki top fərqi ilə qalib gəlməlidir.

Minimalhesablı qələbə olacağı təqdirdə əlavə vaxta ehtiyac duyulacaq.

Günün digər qarşılaşmalarında "Zaltsburq" (Avstriya) "Dinamo" (Kiyev, Ukrayna) ilə, "Sparta" (Çexiya) isə "Malmö" (İsveç) ilə münasibətlərə aydınlıq gətirəcək.

Bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

27 avqust

23:00. "Qalatasaray" (Türkiyə) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:3.

23:00. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Kiyev, Ukrayna)

İlk oyun - 2:0.

23:00. "Sparta" (Çexiya) - "Malmö" (İsveç)

İlk oyun: 2:0

Seçilən
146
7
sportinfo.az

10Mənbələr