AZ

İngiltərə klubu Fərdi Kadıoğlunun transferini rəsmən açıqladı

İngiltərənin “Brayton” klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-mavilər” “Fənərbaxça”dan Fərdi Kadıoğlunu heyətinə qatıb.24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq. “Fənərbaxça” müdafiəçisinin satışından 30 milyon + 5 milyon avro bonus qazanacaq. Futbolçunun gələcəkdəki satışından da 10 faiz pay Türkiyə klubuna çatacaq.“Fənərbaxça”nın heyətində 6 mövsüm keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə kubokunu qazanıb.

Seçilən
33
8
komanda.az

9Mənbələr