AZ

Durov orada həbsdə saxlanıla bilər

Fransada həbs edilən "Telegram" messencerinin qurucusu Pavel Durov Paris ətrafında Milli Anti-Fırıldaq Bürosunda həbsdə saxlanıla bilər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Fransa paytaxtındakı mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb kimi sahibkarın işinin araşdırılmasının bu idarəyə həvalə edilməsi də göstərilə bilər.

Pavel Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar Parisə Azərbaycandan gəlib.

Fransa polisi bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

Seçilən
147
50
publika.az

10Mənbələr