AZ

Fərdi Kadıoğlu "Brayton"a transfer olunub

İngiltərənin "Brayton" klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.

"Ağ-mavilər" "Fənərbağça"dan ayrılan Fərdi Kadıoğlunu heyətinə qatıb.

24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fənərbağça"nın heyətində 6 mövsü keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə "sarı-lacıvərdlilər"lə Türkiyə kubokunu qazanıb.

Seçilən
40
8
cbcsport.az

9Mənbələr