AZ

İsveç Azərbaycanla oyun üçün heyətini açıqlayıb

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turu üçün heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Yohansson, Kristoffer Nordfeldt, Yakob Videll Zetterström;
Müdafiəçilər: Ludviq Auqustinsson, Aleks Douqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlqren Eqnell;
Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Berqvall, Yens Kayuste, Antoni Elanqa, Niklas Eliasson, Viktor Qyökeres, Alexander İsak, Deyan Kulusevski, Huqo Larsson, Sebastian Nanasi, Qustaf Nilsson, Anton Saletros, Mattias Svanberq.

Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman.biz

Seçilən
67
44
idman.biz

10Mənbələr