\"Qarabağ\" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın \"Dinamo\" (Zaqreb) kollektivi ilə qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.
Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran \"Qarabağ\" yoluna Avropa Liqasında davam edəcək.