AZ

Dünya çempionatı: Nihad qızıl, Məhəmmədəli bürünc qazanıb

Bakı. Trend:

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünyaçempionatı start götürüb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvütatamiyə çıxıb.

50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Dünya çempionatı
50 kq

Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya)ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti görüşünüAksel Kuqa (Fransa) qarşı keçirib. Qələbə qazanan Məhəmmədəliyarımfinala yüksəlib. Bu mərhələdə Aleksey Toptıginə (AİN) uduzanHüsiyev bürünc uğrunda Karlos Filyo (Braziliya) ilə yarışıb vəqələbə qazanaraq fəxri kürsüdə yer alıb.

İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıginlə(AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi iləyekunlaşıb.

60 kq
Nihad Məmişov (55 kq) mübarizəyə 1/16 finalda qoşulub və onunrəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə iləbaşlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isəBotond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yoldaUkraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib.Cüdoçumuz həlledici döyüşdə Bat-Enerel Batbileglə (Monqolustan)qarşılaşıb. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu qızıl medalasahıb çıxıb.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekunvurulacaq.

Məqalədə:
Seçilən
93
4
az.trend.az

10Mənbələr