AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Avqustun 28-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.39% – 41,091.42 bəndədək, S&P 500 indeksi 0.60% – 5,592.18 bəndədək, Nasdaq indeksi isə 1.12% – 17,556.03 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında isə avqustun 28-də FTSE 100 indeksi 0.02% – 8,343.85 bəndədək azalıb, Almaniyanın DAX indeksi 0.54% – 18,782.29 bəndədək, Fransanın CAC-40 indeksi 0.16% – 7,577.67 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,13% artaraq 1.1135 dollar təşkil edib.

Seçilən
95
12
apa.az

10Mənbələr