AZ

UEFA Çempionlar Liqası: Yeni mövsümünün Liqa mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində başlayacaq və "CBC Sport Live" "YouTube" kanalı vasitəsilə futbolsevərlərə canlı təqdim ediləcək.

Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın "Real" klubu olub.

Seçilən
27
50
cbcsport.az

10Mənbələr