AZ

ŞİH-nin nümayəndələri Şəhid valideynlərini ziyarət edib

Sabirabad rayonundan olan, Şəhid ataları Dadaş Rüstəmov və Nadir Mənəfov Naftalan ŞİH-nin müraciəti ilə Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin dəstəyi ilə müalicə alır, istirahət edirlər.

ŞİH başçısının müavini Kəmalə Hüseynova və İH-nin məsul əməkdaşları müalicə aldıqları mərkəzdə qonaqlara baş çəkib, onların müalicəsi ilə yaxından maraqlanıblar.

Çay süfrəsi ətrafında keçən görüşdə səmimi söhbət zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi yüksək diqqət və qayğı xüsusi vurğulanmışdır.

Hər bir şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Mənəfov Nadir birinci Qarabağ müharibəsinin şəhidi Dəyanət Mənəfovun, Dadaşov Rüstəm isə birinci Qarabağ müharibəsinin şəhidi Vasif Rüstəmovun atasıdır.

 

Seçilən
101
naftalan-ih.gov.az

1Mənbələr