AZ

Goranboy Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi açıldı - FOTO

Goranboy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub.

Bu barədə Redaktor.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, şöbədə 10 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar, lazım olan tibbi avadanlıqlarla təmin edilib. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstə dializ olunacaq. Hazırda Goranboyda bu kateqoriyadan olan 70-dən çox xəstə var.

Yeni Hemodializ şöbəsində 2 həkim, 2 texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.

Şöbədə dializ zalı, osmos otağı, 2 həkim otağı və gözləmə zalı yerləşir.

222222
Seçilən
106
4
redaktor.az

10Mənbələr