Günay Ağamalı debatdan çəkinib qaçdı Deputatlığa namizəd Günay Ağamalı debat çağırışından imtina edərək görüş yerini sürətli şəkildə tərk edib. Anaxeber.info məlumat verir ki, bu barədə sosial mediada video yayılıb. Deputatlığa namizədin ətrafındakılar isə çəkiliş aparanlara təzyiq göstəriblər. Kadrlardan görünür ki, Günay Ağamalı "Salyanı nə hesab edirsiniz, atası deputat oldu, indi də qızı olur" deyə səslənən replikalara cavab verə bilməyərək ərazidən qaçır. Qeyd edək ki, Ana Vətən Partiyasından deputatlığa namizəd olan Günay Ağamalı təşkilatın sədri Fəzail Ağamalının qızıdır. Fəzail Ağamalı uzun müddət Salyanın deputatı olub. O da vaxtilə seçicilərin qarşısından belə qaçmışdı.Anaxeber.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta