"Qalatasaray"ın hücumçusu Vilfrid Zaha karyerasını Fransa davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçu icarə əsasında "Lion"a keçib.
Qeyd edək ki, Zaha karyerasının böyük hissəsini “Glaziers”də oynayıb. Fil dişi 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Xatırladaq ki, Vilfrid Zaha ötən mövsüm “Qalatasaray”ın heyətində Türkiyə çempionatında 30 oyun keçirib, 9 qol vurub, 3 məhsuldar ötürmə edib.